Kuril adalarında dəyəri bir milyon dollardan çox olan nəhəng tuna balığı ovlanıb

14-10-2025, 17:08           
Kuril adalarında dəyəri bir milyon dollardan çox olan nəhəng tuna balığı ovlanıb
Rusiyanın Kuril adaları yaxınlığında balıqçılar dəyəri bir milyon dollardan çox olan nəhəng tuna balığı tutublar.
Bu barədə "Moskovski Komsomolets" nəşri məlumat yayıb.

Məlumata görə, İturup adası sahillərində ovlanan balığın çəkisi 284 kiloqram olub. Müqayisə üçün qeyd edilib ki, bir il əvvəl Yaponiyada çəkisi daha az olan tuna balığı 1.3 milyon dollara satılıb.

Bu növ balıq üçün indiyədək ödənilən ən yüksək məbləğ isə təxminən 3 milyon dollar olub - həmin rekord altı il əvvəl qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, son illər qeyri-adi isti sular səbəbindən bölgədə 150-215 kiloqram arası çəkidə nəhəng tuna balıqlarına daha tez-tez rast gəlinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]