Avropa Komissiyası məşhur brendləri milyonlarla avro cərimələdi

15-10-2025, 11:24           
Avropa Komissiyası məşhur brendləri milyonlarla avro cərimələdi
Avropa Komissiyası (AK) "Gucci", "Chloé" və "Loewe" moda şirkətlərini 157 milyon avrodan çox cərimələyib. Cəriməyə səbəb şirkətlərin təyin etdiyi yenidənsatış qiymətləri olub ki, bu, Avropa İttifaqının rəqabət qaydalarının pozulması deməkdir.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının press-relizində məlumat verilib.

"AK araşdırması müəyyən edib ki, bu üç şirkət əməkdaşlıq etdikləri müstəqil üçüncü tərəf reteylerlərin imkanlarını məhdudlaşdırıb, moda evlərinin məhsulları üçün öz qiymətlərini təyin edib", - deyə sənəddə bildirilib.

"Bu cür rəqabətəzidd davranış qiymətlərin bahalaşmasına və istehlakçılar üçün seçimin məhdudlaşmasına gətirib çıxarır. Cərimələr ümumilikdə 157 milyon avrodan çox təşkil edib", - deyə AK bəyanatında qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]