ABŞ-də poladdan dəfələrlə möhkəm olan taxta istehsal olunub

15-10-2025, 17:08           
ABŞ-də poladdan dəfələrlə möhkəm olan taxta istehsal olunub
ABŞ-nin "InventWood" şirkəti "superwood" adlı tamamilə yeni növ taxta satışına başlayıb.

CNN-nin məlumatına görə, ağac məhsulu unikal xüsusiyyətlərə malikdir. O, polad​dan 10 dəfə daha möhkəm və eyni zamanda altı dəfə daha yüngüldür.

Onun hazırlanması ilə materialşünas Lianbin Hu məşğul olub. 10 il əvvəl o, ən qədim tikinti materiallarından birini təkmilləşdirmək qərarına gəlib. Merilend Universitetinin tədqiqat mərkəzində və daha sonra Yel Universitetində işləyərkən alim ağacın emalı üçün innovativ metodlar tapıb.

Tədqiqatlar zamanı Hu hətta ağaca rəng və möhkəmlik verən komponenti çıxararaq şəffaf taxta yaratmağa nail olub. Lakin alimin əsas məqsədi materialın möhkəmliyini sellüloz hesabına artırmaq olub. Tədqiqatlarda əsas irəliləyiş 2017-ci ildə baş verib və Hu ilk dəfə adi ağac materialını kimyəvi emal vasitəsilə möhkəmləndirib. Texnologiya ağacın xüsusi kimyəvi maddələrlə suda qaynadılmasını və sonra qaynar şəkildə preslənməsini nəzərdə tutur. Bu proses materialın strukturunu hüceyrə səviyyəsində dağıdır və onun sıxlığını əhəmiyyətli dərəcədə artırır.

Qeyd olunur ki, əldə edilən materialda möhkəmliyin çəkiyə nisbəti əksər metallardakı analoji göstəricilərdən daha yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]