Ramiz Mehdiyevin SENSASİON səs yazısı - AUDİO

20-10-2025, 15:44           
 Ramiz Mehdiyevin SENSASİON səs yazısı - AUDİO
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə etmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirib.

Ramiz Mehdiyev Manset.az-ın suallarını cavablandırarkən jurnalistin ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına "Onunla bağlı mənə sual verməyin" deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə "Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz?" sualına isə "Yenə də deyirəm, o barədə açıqlama verməyəcəyəm" deyərək cavab verib.

İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.

Qarabağ zəfəri ilə bağlı sualı cavablandırmayan "boz kardinal"a bu zəfər uğrunda şəhid olan 3 mindən çox igidin və qazilərin haqqı halal olmayacaq.

Həmin səs yazısını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]