“Facebook”, “Instagram” və “WhatsApp” iki gündür sıradan çıxıb — Səbəbi AÇIQLANDI

21-10-2025, 07:54           
“Facebook”, “Instagram” və “WhatsApp” iki gündür sıradan çıxıb —
“Son iki gündə “Facebook”, “Instagram” və “WhatsApp Web”də müşahidə olunan problemlər sıradan texniki nasazlıq təsiri bağışlamır. Maraqlısı odur ki, “Meta” bu dəfə susqunluq nümayiş etdirir və heç bir rəsmi açıqlama vermir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında İT üzrə mütəxəssis Fərid Əmirov deyib.

Mütəxəssis qeyd edib ki, bu, adətən şirkətin ya daxili kibertəhlükəsizlik insidenti, ya da server yenilənməsi zamanı baş verən kritik səhvlərlə üzləşdiyi hallarda olur:

“Əgər bu, sadəcə Azərbaycanla məhdud olsaydı, lokal provayderlər reaksiya verərdi. Amma indi eyni problem bir çox regionlarda Avropa və Yaxın Şərqdə də müşahidə olunur. Bu da onu göstərir ki, söhbət qlobal miqyaslı nasazlıqdan və ya təhlükəsizlik sızıntısından gedir.

“Meta” istifadəçi məlumatlarının qorunması ilə bağlı gizli sınaq və ya müdafiə mexanizmi yeniləməsi həyata keçirir və nəticədə sistemin müəyyən hissələri çökür. Belə hallarda şirkət adətən problemi aradan qaldırdıqdan sonra açıqlama verir, amma bu qədər uzunmüddətli sükut bəzən nəzarətdən çıxmış vəziyyətin göstəricisi olur. Bu, adi texniki nasazlıqdan çox, “Meta” üçün böyük reputasiya riski daşıyan vəziyyətdir. Əgər problem yaxın saatlarda həll edilməsə, bu, şirkətin infrastrukturuna qarşı kibertəhlükə və ya daxili sistem böhranı ehtimalını ciddi şəkildə gücləndirəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]