Şəmxani qızının toy qalmaqalına reaksiya verdi: “Alçaqlar, sağam!”

21-10-2025, 08:18           
Şəmxani qızının toy qalmaqalına reaksiya verdi: “Alçaqlar, sağam!”
İranın ali rəhbərinin müşaviri və Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxani qızının dəbdəbəli toy mərasimi ilə bağlı yayılan görüntülərə sərt reaksiya verib.
TEREF Globalinfo-ya istinadən xəbər verir ki, SEPAH-ın briqada generalı Əlirza Əfşarın dəfn mərasimində çıxış edən Şəmxani bildirib:
“Son mübahisələrə cavabım əvvəlki məzmunla eynidir. Alçaqlar, mən hələ də sağam”.
Qeyd edək ki, ötən il Tehranın lüks “Espinas Palas” hotelində keçirilən və 1 milyard 500 milyon tümən (təxminən 15 min 755 dollar) dəyərində başa gələn toy mərasimi son günlər yenidən sosial şəbəkələrdə İran elitasının korrupsiya və dəbdəbəli həyat tərzi barədə yeni qalmaqallara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]