Luvrdan oğurlanan ziynət əşyaları Rusiyada internet mağazada peyda oldu

22-10-2025, 00:10           
Luvrdan oğurlanan  ziynət əşyaları Rusiyada internet mağazada peyda oldu
Rusiyada "Avito" internet mağazasında Fransanın Luvr muzeyindən oğurlandığı ehtimal olunan qiymətli əşyalarla bağlı 250 milyon rubl (təxminən 5.2 milyon manat - red.) məbləğində elan yerləşdirilib.

Bu barədə TASS-a məlumat yayıb.

Saytda Fransa kraliçası Mariya Amaliyanın zinət əşyaları dəstini əldə etmək təklif olunub.

Hazırda elanlar yoxlama ilə əlaqədar servis tərəfindən bloklanıb.

Qeyd edək ki, "Avito" - Rusiyada məhsul, daşınmaz əmlak, vakansiyalar və əmək bazarında CV-lər, eləcə də xidmətlərlə bağlı elanların yerləşdirilməsi üçün nəzərdə tutulmuş internet servisdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]