Qazilərin bank borclarının bağışlanması qanunla necə tənzimlənir?

23-10-2025, 10:40           
Qazilərin bank borclarının bağışlanması qanunla necə tənzimlənir?
Bildiyiniz kimi, “Bank of Baku” iki il öncə dəm qazından dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. İlk məhkəmə sentyabrın 1-də, ikinci məhkəmə sentyabrın 22-də Şirvan Şəhər Məhkəməsində keçirilib. Digər məhkəmə isə bu ayın 27-nə təyin edilib.

Maraqlıdır, qazilərin borclarının bank tərəfindən silinməsi qanunvericilikdə nəzərdə tutulubmu?

Vəkil, hüquqşünas Ruslan Mustafayev bildirib ki, bununla bağlı qanunvericlikdə müddəa yoxdur:

“Bir çox hallarda biz müharibə dövründən sonra gördük ki, bəzi banklar qazilərin, şəhidlərin borclarının bağışlanılması ilə bağlı qərar qəbul etdilər. Lakin bunu müəyyən banklar etdi, hamısı etmədi qanunvericilikdə qazilərin kredit borclarının bağışlanılması, ləğv edilməsi və ya bank tərəfindən ödənilməsi ilə bağlı hər hansı maddə yoxdur. Bu, sadəcə bankların daxili siyasətilə bağlı məsələdir”.

©Bizim.Media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]