Almaniyada mobil bunkerlər satılacaq

25-10-2025, 15:54           
Almaniyada mobil bunkerlər satılacaq
Almaniyada ənənəvi tikinti materialları mağazalarında satışa çıxarılacaq ilk mobil bunker təqdim edilib.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, son aylarda Almaniyada özəl bomba sığınacaqlarına tələbat artıb və bu, pərakəndə satış sektorunda reaksiyaya səbəb olub.

Bunker prototipi "BSSD Defence" və "Veloform" şirkətləri tərəfindən hazırlanıb.

Bunker sahəsi 16 kvadratmetr olan modul qaraja bənzər bir qurğudur. Onun hündürlüyü 2.8 metr, divarların eni isə 20 sm-dir. Bunkerdə insanların ehtiyacı ola biləcək hər şey var: tualet, duş, kiçik mətbəx, dörd ədəd qatlanan çarpayı və pəncərələrə bənzəyən mənzərəli böyük ekran.

Bunker, təxminən bir həftə ərzində çölə çıxmadan istifadə edilə bilər. O, dron zərbələrinə və hətta 107 mm-lik raketlərə belə tab gətirə bilər.

Tam təchiz olunmuş modulun qiyməti təxminən 150 000 avro olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]