Keçmiş merin qızı İspaniyaya köçmək istəyir

27-10-2025, 11:24           
Keçmiş merin qızı İspaniyaya köçmək istəyir
Rusiyalı müxalif jurnalist, televiziya və radio aparıcısı Kseniya Sobçak özü və oğlu Platon üçün İspaniyadan daimi yaşayış icazəsi almaq məqsədilə müraciət edib.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda sənədlər baxılma mərhələsindədir.

Məlumata görə, Sobçak bundan əvvəl Fransadan 5 illik Şengen vizası alıb. Bu viza ona bütün Avropa İttifaqı ölkələrinə sərbəst səyahət etməyə imkan verir. İndi isə tanınmış aparıcı Avropa ərazisində müddətsiz yaşayış icazəsi əldə etməyə çalışır.

Xatırladaq ki, K. Sobçak Sankt-Peterburq şəhərinin sabiq meri Anatoli Sobçakın qızıdır. O, Rusiyada Putin hakimiyyətinə müxalif fikirləri ilə tanınan jurnalistlərdən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]