"Ferrari" tarixindəki ilk rəqəmsal avtomobilini təqdim etdi
27-10-2025, 15:58
"24 Saat Le Man" yarışında ardıcıl üçüncü uğurunun ardından "Ferrari" F76 indeksli yeni superkarını təqdim edib.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, avtomobil yalnız rəqəmsal NFT formatında yaradılıb. Modelin adı brendin 76 il əvvəl, 1949-cu ildə Le Mandakı ilk qələbəsinə işarədir.
Superkar Flavio Manzoninin rəhbərliyi altında "Centro Stile"da yaradılıb. Avtomobil "Le Man" yarışındakı 499p modellərinin uğurunu dəstəkləmək üçün rəqəmsal aktiv kimi xidmət edəcək.