Trampın bəyənmədiyi fotonu dəyişdilər

28-10-2025, 12:44           
Trampın bəyənmədiyi fotonu dəyişdilər
“Time” jurnalı sosial mediada tənqid etdikdən sonra ABŞ Prezidenti Donald Trampın yer aldığı üz qabığını dəyişdirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Deadline” məlumat yayıb.

Belə ki, Amerika lideri daha öncəki fotonu bəyənməyərək “Jurnal mənim barəmdə yaxşı məqalə yazıb, lakin foto bu günə qədər çəkilən ən pis şəkil ola bilər. Saçlarım yoxa çıxıb, başımın üzərində isə üzən taca bənzəyən nə isə görünür. Həqiqətən qəribədir! Müxtəlif bucaqlardan fotomun çəkilməsini heç vaxt sevməmişəm, bu, çox pis şəkildir və oradan çıxarılmalıdır”, - deyə “Truth Social”da yazmışdı.

Yeni fotoda Trampın Ağ Evdə bayraqlar fonunda oturmağı əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]