Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev sökülməyəcək

31-10-2025, 08:24           
Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev sökülməyəcək
Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahısındadır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən mənzil sökülməyəcək.

Qeyd edək ki, Murtuza Muxtarov 23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]