Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir

31-10-2025, 08:06           
Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

TEREF unikal.az-a istinadla xəbər verir ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.

Sfera.az-ın məlumatına görə isə, İslam Rzayev həmçinin maliyyə nazirinin müşaviri Elman Mehdiyev də dayısıdır. E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]