Bu il ilk dəfə: "Tesla" yenidən Avropada ən populyar avtomobil oldu - SİYAHI

3-11-2025, 17:14           
Bu il ilk dəfə: "Tesla" yenidən Avropada ən populyar avtomobil oldu - SİYAHI
Sentyabr ayında, 2025-ci ildə ilk dəfə olaraq "Tesla Model Y" elektrik krossoveri Avropa yeni avtomobillər bazarında (Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyası) lider olub.

Valyuta.az bu barədə "Carscoops"a istinadən xəbər verir.

Avtomobil bir neçə Çin istehsalçısının Avropa bazarlarında öz satışlarında artım nümayiş etdirdiyi bir vaxtda liderlik qazanıb. Bu, "Tesla"nın Avropadakı güclü mövqeyindən xəbər verir.

Avropada ən populyar 10 model:

1. Tesla Model Y – 25.938 ədəd;
2. Renault Clio – 20.146;
3. Dacia Sandero – 19.200;
4. Volkswagen T-Roc – 18.652;
5. Volkswagen Golf – 18.256;
6. Volkswagen Tiguan – 17.852;
7. Kia Sportage – 16.989;
8. Ford Puma – 16.758;
9. Toyota Yaris Cross – 15.951;
10. Opel Corsa – 15.545.

Sentyabr ayında "Model Y" satışlarında artım olsa da, modelin il ərzindəki ümumi göstəriciləri o qədər də təsirli deyil.

Daha əvvəl məlum olmuşdu ki, ilin əvvəlindən avqust ayına qədər Avropada ən populyar avtomobil "Renault Clio" olub, "Model Y" isə ilk onluğa belə daxil ola bilməyib.

Ümumiyyətlə qlobal satışlardan danışsaq, burada lider kompakt tam ötürücülü "SUV Toyota RAV4" olub. Avqust ayı etibarilə ikinci yerdə "Toyota Corolla", üçüncü yerdə isə "Ford F-Series" pikapı qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]