Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır

4-11-2025, 16:14           
Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır
Dünyada jurnalistlərlə bağlı qeydə alınan on qətldən doqquzunun üstü açılmamış qalır.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə qarşı cinayətlərdə cəzasız qalmağa son qoyulması üzrə Beynəlxalq Gün münasibətilə etdiyi müraciətində bildirib.

UNESCO-nun məlumatına görə, 2023-cü ilin avqustundan 2025-ci ilin mayınadək 163 jurnalist qətli qeydə alınıb. Onlardan 12-si qadındır. Onlar əsasən Qəzza (46 hal), Sudan (13 hal) və Ukrayna ərazisində (8 hal) qeydə alınan münaqişə zonalarında həlak olublar.

Qeyd edək ki, jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Gün BMT Baş Assambleyası tərəfindən 2013-cü ildə təsis edilib və hər il noyabrda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]