Çin avtomobilləri sahiblərini izləyə bilər -

5-11-2025, 12:14           
Çin avtomobilləri sahiblərini izləyə bilər -
İsrail ordusunun zabitlərindən Çin istehsalı olan xidməti avtomobillər mərhələli şəkildə geri alınmağa başlanıb.
"Israel News" nəşrinin məlumatına görə, bu qərar təhlükəsizlik xidmətlərinin həmin avtomobillərin sistemlərinin hərbi qulluqçular barədə məlumat toplamaq və gizli məlumatları sızdırmaq üçün istifadə oluna biləcəyini müəyyənləşdirməsindən sonra qəbul edilib.

Məlumata əsasən, bəzi Çin avtomobilləri kameralar, mikrofonlar, sensorlar və rabitə texnologiyaları ilə təchiz olunub. Bu sistemlər bəzən sürücünün və ya avtomobil idxalçısının xəbəri olmadan məlumatları xarici serverlərə ötürür.

Keçmiş yüksək vəzifəli İsrail zabiti məsələni belə izah edib: "Problem təkcə kameralar və mikrofonlarla məhdudlaşmır. Müasir avtomobil qapalı əməliyyat sistemi və simsiz əlaqə ilə təchiz edilmiş ‘təkərləri olan kompüter’ kimidir. O, ətraf mühitdən kəşfiyyat məlumatları toplaya bilir".

Avtomobillərin geri alınması mərhələli şəkildə həyata keçiriləcək. Əvvəlcə məxfi məlumatlara çıxışı olan zabitlərin, daha sonra isə bütün digər əməkdaşların Çin istehsalı avtomobilləri dəyişdiriləcək. Bu prosesin 2026-cı ilin birinci rübünün sonunadək başa çatdırılması planlaşdırılır.

İsrail ordusunun hesablamalarına görə, təxminən 700 avtomobil - əsasən çoxuşaqlı zabitlərə verilmiş yeddi yerlik "Chery" markalı modellər - geri alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]