Zirehli parça hazırlanıb: Gülləni dayandırır

5-11-2025, 16:24           
Zirehli parça hazırlanıb: Gülləni dayandırır
Pekin Universitetinin alimlər qrupu yeni gülləkeçirməz parça yaradıblar.

Oxu.Az bu barədə "Hardware Busters"ə istinadən xəbər verir.

Tədqiqatçıların fikrincə, bu parça öz analoqlarından üç dəfə daha möhkəmdir.

Professor Cin Çjanın rəhbərlik etdiyi qrup hesab edir ki, hazırda mövcud olan ən möhkəm parçanı yaradıb. Möcüzəvi məhsul karbon nanoborular və heterosiklik aramiddən ibarət birləşmədir. Bu, materialın mövcud qoruyucu tekstillərdən daha effektiv şəkildə zərbə enerjisini udmasına və parçalamasına imkan verir.

Alimlərin fikrincə, 0,6 mm qalınlığında bir parça təbəqəsi 300 m/s sürətlə hərəkət edən gülləni 220 m/s-yə qədər yavaşlada, 1,8 mm qalınlığında üç parça təbəqəsi isə gülləni tamamilə dayandıra bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]