Qara rahibənin ruhu 200 ildir ki, Londonda dolaşır

5-11-2025, 08:02           
Qara rahibənin ruhu 200 ildir ki, Londonda dolaşır
Britaniya paytaxtının maliyyə rayonunun mərkəzində şahidlər qara geyimli bir qadının dolaşdığını bildirirlər.

"The Mirror" xəbər verir ki, London tarixində Qara rahibə kimi tanınan ruh hələ də çoxsaylı şahidlər tərəfindən görülür.

Onun hekayəsi 19-cu əsrin əvvəllərində başlayıb. Sara Uaythed İngiltərə Bankının əməkdaşı, saxtakarlığa görə edam edilən Pol Uaythedin bacısı olub. Pol öz cinayətini və məhkum olunduğu edam cəzasını bacısından gizlədib. Gənc yoxa çıxdıqdan sonra Sara onu axtarmağa başlayıb.

O, hər gün banka gəlib və işçilərdən qardaşını soruşub. Bir gün həqiqəti öyrəndikdə isə bu dərdə dözə bilməyərək ağlını itirib. O zamandan bəri Sara hər gün qara geyinərək banka gəlib və qara rahibə adını alıb. Nəhayət, 1818-ci ildə Bankın İdarə Heyəti ona bir daha geri qayıtmaması üçün böyük bir məbləğ ödəyib və Sara ömrü boyu bu razılaşmaya əməl edib.

Ölümündən sonra isə onun ruhun bu razılaşmanı pozub və dəfələrlə bankın yerləşdiyi küçədə, bankın həyətində və hətta metronun "Bank" stansiyasının tunellərində görülüb.

Şahidlər qəribə hadisələr barədə məlumat verirlər. İnsanlar hələ də ağlama və inilti səsləri eşidir, qaranlıq dəhlizlərdə qara geyimli bir qadın tərəfindən təqibə məruz qalır, bir müddət sonra bu qadının havaya sovrulduğunu iddia edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]