"Ai-95" benizinin istehsalı dayanacaq? - Ekspert SOCARA-a sorğu göndərib

6-11-2025, 00:12           
"Ai-95" benizinin istehsalı dayanacaq? - Ekspert SOCARA-a sorğu göndərib
Mediada gələn ilin büdcə layihəsinə istinad edilərək yayılan məlumatlara görə, 2026-cı ildən Azərbaycanda yüksək oktanlı benzin istehsalı yenidən dayanacaq.

İqtisadçı İlham Şaban bildirir ki, bu məlumatın əsası yoxdur.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində birbaşa belə bir fikir yoxdur: "İkinci bir tərəfdən, bu il rəsmi statistikada belə göstərilir ki, Azərbaycanda Ai-95 markalı benzinin istehsalı həyata keçirilir və ilin ikinci yarısından az həcmdə də olsa belə, onun ixracına da başlanılıb".

Ekspert bu barədə SOCAR-a sorğu ünvanladığını deyir: "Cavab aldım ki, "Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avro-5 keyfiyyət standartlarına uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir və gələn ildə də bu növ neft məhsullarının istehsalı davam etdiriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]