Cənubi Koreyada bir nəfərin ölümü 100 adamı xilas edib

6-11-2025, 16:18           
Cənubi Koreyada bir nəfərin ölümü 100 adamı xilas edib
Cənubi Koreyada bir kişinin ölümü təxminən 100 ağır xəstəyə yaşamaq şansı verib.

Oxu.Az "Korea JoongAng Daily" nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı Mun Çju Xvan öləndən sonra bütün orqanlarını ehtiyacı olanlara bağışlamaqla bağlı donor reyestrində qeydiyyatdan keçmişdi.

Koreyalı xeyirxah şəxs bu ilin avqust ayında qəfil dünyasını dəyişib.

Mütəxəssislərin sözlərinə görə, bu hadisənin unikallığı ondan ibarətdir ki, donor toxumaları beş ilə qədər saxlanıla bilir. Bu isə dərhal transplantasiya tələb edən orqanlardan fərqli olaraq, bir çox ağır xəstələrdə bədən funksiyalarını bərpa etmək üçün istifadə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]