Nyu Yorkun meri seçilən Məmdaninin cinsi azlıqlara baxışı

7-11-2025, 08:44           
Nyu Yorkun meri seçilən Məmdaninin cinsi azlıqlara baxışı
Nyu Yorkun yeni meri seçilən 35 yaşlı Zöhran Məmdani xüsusilə Türkiyədə, o cümlədən digər müsəlman ölkələrində diqqət mərkəzindədir.
Bakupost.az xəbər verir ki, politoloq Xaqani Cəfərli müsəlman bir şəxsin Nyu York meri seçilməsini fərqli yöndən qiymətləndirməyi və Zöhran Məmdaniyə “islami yanaşma” sərgiləməyi lüzumsuz hesab edib.
O bildirib ki, bu cür yanaşmalar Zöhran Məmdanini tanımamaqdan və onun karyerasına bələd olmamaqdan irəli gəlir.
“Müsəlman əsilli Zöhran Məmdaninin Nyu Yorkun meri seçilməsi bütün Türkiyə cəmiyyətində, o cümlədən Azərbaycan cəmiyyətinin bilgisiz təbəqəsində qəribə bir reaksiya doğurub. Aydın görünür ki, Zöhran Məmdanin dini kimliyinə aludə olanlar bu şəxsin fəaliyyəti ilə bağlı çox da bilgiyə sahib deyillər. Məsələn, Türkiyədəki islamçılar Məmdanin İstanbulda üç ay davam edən və Ərdoğan hakimiyyətinə qarşı dinc etirazların ən kütləvisi kimi tarixə düşən “Gəzi Parkı olayları”na dəstək verdiyindən, bu olaylar zamanı bir neçə dəfə sosial şəbəkələrdə paylaşımlar etməsindən xəbərsizdirlər.
Türkiyə və Azərbaycandakı islamçılar cinsi azlıqlara Məmdaninin münasibətini bilmirlər. Halbuki Zöhran Məmdani dəfələrlə cinsi azlıqların Nyu Yorkda keçirdikləri yürüşlərə qatılaraq, onların tələblərini dəstəkləyib”, - o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]