Zərgərlik məmulatlarına dövlət əyar damğasını bu orqan vuracaq

7-11-2025, 15:24           
Zərgərlik məmulatlarına dövlət əyar damğasını bu orqan vuracaq
Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına dövlət əyar damğasının vurulması sahəsində xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

Agentliyin təqdim etdiyi xidmətlər siyahısına malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi də daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]