"Honda" ABŞ-də 400 mindən çox avtomobili geri çağırıb

9-11-2025, 10:58           
"Honda" ABŞ-də 400 mindən çox avtomobili geri çağırıb
"Honda" şirkəti təkərlərin ayrılması riski səbəbindən ABŞ-də təxminən 406 min ədəd 2016-2021-ci il istehsalı olan "Civic" modeli avtomobillərini könüllü geri çağırdığını elan edib.

Oxu.Az bildirir ki, bu barədə şirkətin rəsmi saytındakı press-relizdə qeyd olunub.

Geri çağırılmanın səbəbi istehsal texnologiyasının pozulması ehtimalıdır - məhdud sayda alüminium ərintidən hazırlanmış təkər disklərində (3 276 ədəd) qayka bərkidilən yerlərdə polad əlavələr olmaya bilər. Şirkət oturacaq səthinin deformasiyası, bərkidicilərin zəifləməsi və hərəkət zamanı təkərin ayrılması ehtimalının olduğunu bildirib.

Avtomobil istehsalçısının nümayəndələri bu cür qüsurun aşkarlandığı 412 məlum hal haqqında məlumat veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]