Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəniz dronları bazasını vurub

25-12-2025, 09:34           
Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəniz dronları bazasını vurub
Ukraynanın Müdafiə Qüvvələri (SBU) dekabrın 24-nə keçən gecə Rusiyanın əsas obyektlərinə zərbələr endirib.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Tula vilayətinin Yefremov şəhərində plastik partlayıcı maddələrin tərkib hissələrinin və bərk raket yanacağının istehsalı üzrə ixtisaslaşan “Yefremov Sintetik Kauçuk Zavodu”nun istehsal gücləri vurulub. Müəssisə ərazisində partlayışlar və genişmiqyaslı yanğın qeydə alınıb.

Bundan əlavə, Ukrayna qüvvələri Krımın Mirnoye rayonu ərazisində ekipajsız dəniz katerlərinin saxlanılması və texniki xidməti üçün nəzərdə tutulan obyekti, həmçinin Luqan vilayətinin Doljansk şəhərində Rusiya Silahlı Qüvvələrinin logistikasını pozmaq məqsədilə polk səviyyəli maddi-texniki təminat anbarını hədəfə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]