Milyonlarla ABŞ sakini “bomba siklonu”na hazırlaşır.
Bu barədə “The Guardian” qəzeti ABŞ Milli Hava Xidmətinə istinadən məlumat yayıb.
“Bomba siklonu” atmosfer təzyiqinin əhəmiyyətli dərəcədə aşağı düşdüyü zaman baş verən güclü qış fırtınasıdır. Bu cür siklonlar güclü külək, güclü yağış və ya qar yağışı gətirir.
ABŞ-ın şimal-mərkəzi hissəsində güclü qar yağışı və çovğun gözlənilir, ABŞ-ın cənubunda isə güclü soyuq küləklər gözlənilir.
Kanadadan cənuba doğru hərəkət edən soyuq hava ilə ABŞ-ın cənubundakı qeyri-adi isti havanın qəfil toqquşması səbəbindən fırtına şərqə doğru irəlilədikcə daha da güclənəcək.//publika.az