ABŞ-də mərhum prezident Kennedinin 35 yaşlı nəvəsi öldü 31-12-2025, 12:18 ABŞ-nin sabiq prezidenti Con Fitcerald Kennedinin nəvəsi Tatyana Seliya Kennedi Şlossberq 35 yaşında vəfat edib.Bu barədə NBC məlumat yayıb.Məlumata görə, Şlossberq kəskin miyeloid leykozun "İnversiya 3" adlı nadir mutasiyasından əziyyət çəkirdi.Xatırladaq ki, Kennedi ABŞ-nin 35-ci prezidenti olub. Dövlət başçısı 1963-cü ildə sui-qəsd nəticəsində öldürülüb. Facebook-da paylaş