Rusiyanın ötən il Ukrayna ərazisinin nə qədər hissəsini nəzarətə götürdüyü açıqlandı

2-01-2026, 11:48           
Rusiyanın ötən il Ukrayna ərazisinin nə qədər hissəsini nəzarətə götürdüyü açıqlandı
Rusiya 2025-ci il ərzində Ukraynanın 4 336 kvadratkilometr ərazisini nəzarətə götürüb, bu da bütün ölkə ərazisinin təqribən 0.72 faizini təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "DeepState" layihəsinin hesabatında yer alıb.

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək nəzarətə götürülmüş ərazilərin artımı 7 463 kvadratkilometr və ya bütün ərazinin 1.28%-ni təşkil edib.

Bütövlükdə Ukrayna torpaqlarının 116 165 kvadratkilometri Rusiyanın nəzarətindədir. Bu, Ukraynanın ümumi ərazisinin 19.25%-ni təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]