Ruslar "Geran"a niyə işıq quraşdırdılar? -İlginc səbəb açıqlandı

3-01-2026, 10:58           
Ruslar "Geran"a niyə işıq quraşdırdılar? -İlginc səbəb açıqlandı
Rusiyanın "Geran" sinfinə məxsus hücum dronları Ukrayna Silahlı Qüvvələrinin (VSU) FPV dronlarını "kor etmək" üçün infraqırmızı proyektorlarla təchiz olunmağa başlayıb.

Publika. az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. "Rossiyskaya Gazeta" (RG) yazıb ki, kiçik, lakin güclü olan xüsusi işıqlar məlum Pilotsuz Uçuş Aparatlarının(PUA) yanlarına, arxa hissəsinə quraşdırılıb. "Geran" dronları əsasən gecələr işə salınır.

Nəşrin məlumatına görə, Ukraynanın qaranlıqda hədəfləri taparaq onu ələ keçirən xüsusi dronları hədəfləri axtarmaq üçün termal görüntüləmədən istifadə edir. Buna görə də PUA-lar avtomatik olaraq dronun ən isti hissəsi olan quyruğa- mühərrikə doğru cəlb olunurlar. Artıq zenit FPV dronları "Gerana" yaxın uçduqda, güclü infraqırmızı işıq işə düşür ki, bu da təkcə dronun istiqamətləndirilməsini pozmur, həm də sensorlarını sıradan çıxara bilir.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bir müddət sonra Rusiya şəhərləri əsasən bu dronlarla vurur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]