ABŞ-nin zərbələri nəticəsində Venesuelanın müdafiə naziri həlak olub
3-01-2026, 15:14
ABŞ-nin endirdiyi zərbələr nəticəsində Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes həlak olub.
Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına əsasən, partlayışlar nəticəsində şəhərin cənub hissəsi işıqsız qalıb. Həmin ərazidə iri hərbi baza yerləşir. Sosial şəbəkələrdə partlayış anlarını, helikopterlərin uçuşunu, eləcə də küçələrdə çoxsaylı insanların olduğu kadrları əks etdirən videolar paylaşılır.
Şahidlər bildiriblər ki, Venesuelada ali hərbi rəhbərliyin, eləcə də hökumət üzvlərinin yerləşdiyi ərazidə intensiv və ardıcıl partlayış səsləri eşidilib. Bu barədə “The New York Times” məlumat yayıb.