"Crocus" terroru ilə bağlı yeni detal məlum olub

4-01-2026, 09:04           
"Crocus" terroru ilə bağlı yeni detal məlum olub
Moskvadakı "Crocus City Hall" konsert zalında baş vermis terror aktının təşkilatçısı Şəmsidin Fəriduni cinayət əməlindən öncə digər üç həmkarına onların xəbəri olmadan narkotik maddə verib.

TEREF xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, istintaq zamanı götürülən qan analizində narkotik əlamətləri olmayan yeganə şəxs Fəriduni özü olub. O, digər üç həmkarının su şüşələrinə gizli şəkildə mefedron əlavə edib və onlara içməyi tapşırıb.

Hüquq-mühafizə orqanları Fəridunini "Crocus" hücumunun ən qəddar və hiyləgər iştirakçısı hesab edir. Qeyd edilir ki, o, konsert zalında güllələdiyi insanların gözlərinə baxaraq onları öldürüb. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]