“Söyüşü bol olan” bu videodakı oğlan Azərbaycanlıdır. Aldadılan müştəri haqqının davasını edir. VİDEO

4-01-2026, 11:58           
“Söyüşü bol olan”  bu videodakı oğlan Azərbaycanlıdır. Aldadılan müştəri haqqının davasını edir. VİDEO
O, Manhattanın məşhur zərgərlik mərkəzi olan Diamond District-də, TraxNYC-nin sahibidir. Maksud Ağacani 1986-cı ildə Bakıda doğulub. 7 yaşı olanda yəhudi əsilli ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. 18 yaşında qızıl zərgərlik satışında öz brendini yaradıb və nüfuz qazanıb. Onun dava etdiyi insanlar isə Maksud Agacaninin brendindən saxta şəkildə istifadə ediblər.
İddiaya görə, bir müştəri TraxNYC adı ilə aldadılıb və ona 14 ayar deyə satılan qolbaq sonradan daha aşağı ayar çıxıb. VVS keyfiyyətli brilyant kimi təqdim olunan bilərzik təxminən 22 min dollar qarşılığında satılıb.
Ancaq müştəri şübhələnib məhsulu TraxNYC-yə gətirəndə həqiqət ortaya çıxıb. Sən demə qızıl 10 ayar, brilyantlar isə aşağı keyfiyyətli olub. Bakılı oğlan zərərçəkən müştərinin zərərini qarşılayıb, 22 min dolları tam geri qaytarıb və üstəlik əlavə 1.000 dollar ödəyib.
Agacani bu videoda “Müştərimin zərərini qarşıladım, indi bu pulu dələduzlardan geri alıram” deyib. Dava zamanı rəqibləri onu boğazındakı boyunbağı ilə boğmağa çalışıblar. Polis müdaxiləsi mübahisəni bitirib. Saxtakarlar həbs olunub. Lüks və xüsusi dizayn zərgərliyi ilə tanınam həmyerlimiz həm də 2019-cu ildə çəkilən “Uncut Gems” filmində rol alıb. Orda da qızıl satışı ilə məşğul olan bir obrazı vardı. İnstagramda da 4 milyona yaxın izləyicisi var. Azərbaycanlı olduğunu heç vaxt inkar etmir, əksinə atasının Bakıda müstəntiq işləməsi barədə təəssüratlarını danışır.
Şahin Əsgərov
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]