PUA hücumu səbəbindən Moskvanın hava limanlarında uçuşlar dayandırılıb 5-01-2026, 00:11 Pilotsuz uçuş aparatı (PUA) hücumuna görə Moskvanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında uçuşlar müvəqqəti dayandırılıbBu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.PUA hücumu ilə əlaqədar Moskvada 200-ə qədər aviareys gecikir.Qeyd edilib ki, bir sıra reyslər ləğv edilib. (apa) Facebook-da paylaş