Əməliyyatda Maduronu qoruyan Kuba vətəndaşları öldü

5-01-2026, 11:12           
Əməliyyatda Maduronu qoruyan Kuba vətəndaşları öldü
Əməliyyatda Maduronu qoruyan Kuba vətəndaşları öldü

Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

Yenixeber.org: Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bilirsiniz, yanvarın 3-də çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.

"Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri əlavə edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]