İtaliyada inkassator maşınından 400 min avro oğurlandı

6-01-2026, 16:14           
İtaliyada inkassator maşınından 400 min avro oğurlandı
İtaliyada avtomagistralda inkassator maşınına qarşı silahlı soyğunçuluq hadisəsi baş verib. Nəticədə naməlum cinayətkarlar təxminən 400 min avro pul oğurlayıblar.

"Ansa" agentliyi xəbər verir ki, quldurlar bir neçə avtomobillə yolu bağlayaraq nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Daha sonra inkassator maşınına pusqu quraraq hücuma keçiblər.

Cinayətkarlar tüstü şaşkalarından istifadə edib, yola təkərlər atıblar və zirehli avtomobilə atəş açıblar. Sürücü və mühafizəçilər hələ maşının içində olarkən, onlar partlayıcı qurğunun köməyi ilə inkassator avtomobilini və içindəki seyfi açıblar.

Hadisədən sonra quldurlar oğurlanmış pullarla ərazidən uzaqlaşıblar. Hadisə zamanı xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]