ABŞ prezidenti: "Əməliyyat Maduronun yaxın çevrəsinin köməyi olmadan aparılıb"

6-01-2026, 10:17           
ABŞ prezidenti: "Əməliyyat Maduronun yaxın çevrəsinin köməyi olmadan aparılıb"
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nicolas Maduronun ələ keçirilməsi əməliyyatında onun ətrafı ilə hər hansı razılaşmanın olmadığını bildirib.

Bu barədə o, NBC telekanalına verdiyi müsahibədə danışıb.

Jurnalistin Maduronun hakimiyyətdən kənarlaşdırılması məqsədilə Venesuelanın rəsmi şəxslərindən hər hansı biri ilə müəyyən sövdələşmənin olub-olmaması barədə sualını cavablandıran Tramp müraciətlərin olduğunu etiraf etsə də, ABŞ-nin müstəqil şəkildə hərəkət etdiyini vurğulayıb.

"Bir çox insanlar sövdələşmə bağlamaq istəyirdilər, lakin biz bunu məhz bu cür etməyə qərar verdik", - deyə prezident bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, əməliyyat Maduronun ən yaxın çevrəsinin hər hansı köməyi olmadan həyata keçirilib. Tramp qeyd edib ki, Vaşinqton bu məsələdə Venesuela elitalarının vasitəçiliyindən şüurlu şəkildə imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]