İranda polisə hücum nəticəsində iki nəfər ölüb - Daha 30 insan yaralanıb

8-01-2026, 08:37           
İranda polisə hücum nəticəsində iki nəfər ölüb - Daha 30 insan yaralanıb
İranın cənub-qərbindəki Lurdigan və Bəxtiyariyə şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açması nəticəsində iki nəfər ölüb, daha 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Fars News Agency" məlumat yayıb.

Qeyd edilir ki, bir neçə etirazçı odlu silahlardan istifadə edib və etirazın ən qızğın vaxtında onlar polisə atəş açmağa başlayıblar. Məlumata görə, etirazçılar bir neçə inzibati binaya da ziyan vurublar.

İran hakimiyyəti əvvəllər əhalinin etiraz hüququnu tanıdıqlarını bildirsə də, etirazları iğtişaşlardan ayırmağın vacibliyini vurğulayıb.

Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan rialın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.

İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib və mövcud siyasi sistemə qarşı şüarlar səsləndirilib. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]