Alimlər bu il aclıq çəkəcək insanların sayını proqnozlaşdırıblar
9-01-2026, 16:58
2026-cı ildə dünyada aclıq çəkənlərin sayı 660 milyona çata bilər. "RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının hesabatında yer alıb.
Alimlərin məlumatına görə, 2025-ci ildə aclıq çəkənlərin sayı 673.2 milyon nəfər (dünya əhalisinin 8.2%-i) təşkil edib.
Bu göstəricinin 2021-ci ildəki pik həddən sonra ardıcıl dörd ildir azalmağa davam etməsinə baxmayaraq, hələ də pandemiyadan əvvəlki səviyyədən xeyli yüksəkdir.
2021-ci ildə isə 697.5 milyon insan (dünya əhalisinin 8.2%-i) yetərsiz qidalanmadan əziyyət çəkib.