ABŞ Karib hövzəsində daha bir tankeri ələ keçirdi – VİDEO
10-01-2026, 09:44
ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığı “Olina” neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.
TEREF “Report”a istinadla xəbər verir ki, müvafiq bəyanat qurumun “X” hesabında dərc edilib və əməliyyatın gedişatını əks etdirən video ilə müşayiət olunub.
Əməliyyat zamanı “Southern Spear” (“Cənub nizəsi”) birləşmiş əməliyyat qrupunun dəniz piyadaları və dənizçiləri “USS Gerald R. Ford” aviasiya daşıyıcısından “Olina” tankerinin göyərtəsinə çıxıblar. Karib dənizində gəmi heç bir insident olmadan saxlanılıb.
Əməliyyat Trinidad adasının (Trinidad və Tobaqo Respublikası) yaxınlığında keçirilib. “Reuters” agentliyinin məlumatına görə, tanker əvvəllər Şərqi Timor bayrağı altında Venesuelaya üzüb.