Xomeyni və Xameneyi cütlüyü, dünyanın ən dindar, ən ruhani xalqını, dünyanın ən ateist və dinə nifrət edən cəmiyyətinə çevirdi.

11-01-2026, 11:04           
Xomeyni və Xameneyi cütlüyü, dünyanın ən dindar, ən ruhani xalqını, dünyanın ən ateist və dinə nifrət edən cəmiyyətinə çevirdi.
Tarixdə xalqın rejimə qəzəblənib ilk olaraq din adamlarına və məbədlərə hücum etməsi 1 dəfə 1789-cu ildə Fransa İnqilabında görünüb. Çünki kilsə xalqa cəhalət yayırdı, kralı "müqəddəs" elan etmişdi, özü lüks içində yaşayırdı, günahsızları allahsız, cadugər deyib edam edirdi.
Bu gün eyni ssenari İranda təkrarlanır. Bu prosesin sonu hara gedəcək bilmirəm, amma inqilab baş tutsa, Fransada olduğu kimi İranda da mollaların kütləvi həbsi, edamı və ölkədən qovulması qaçılmazdır.
İranı tanıyanlardan, ordan çıxanlardan soruşun, çoxunun 1 siyahısı var. Kim hansı başı çalmalını vuracaq çoxdan qeyd edib. Hər kəsə tapşırıb ki, o mənimdir, balamı əlimdən alıb, əmlakımı alıb, namusuma göz dikib.
Dəfələrlə dediyim kimi, o şoulara, zəncir vurmalara, baş yarmalara baxmayın. Pulla tutulmuş kasıb kusub, trollar və əməkdaşlardır. Xomeyni və Xameneyi cütlüyü, dünyanın ən dindar, ən ruhani xalqını, dünyanın ən ateist və dinə nifrət edən cəmiyyətinə çevirdi. Şiəlik və İslam adına ortaya qoyduqları nəticə budur:
Orxan Atabəy
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]