Kürən saçların supergücü aşkar edildi

12-01-2026, 15:28           
Kürən saçların supergücü aşkar edildi
Alimlər kürən saçlardakı feomelanin piqmentinin gizli bir supergücə malik olduğunu sübut ediblər.

Oxu.Az xəbər verir ki, maraqlı araşdırma "PNAS Nexus" jurnalında dərc edilib.

Məlumata görə, kürən saçlardakı piqment zəhərli bir təhlükəni canlı rəng parıltısına çevirə bilir.

Quş lələklərini narıncı və qırmızı rəngə boyayan bu piqmenti araşdıran alimlər onun istehsalının hüceyrə zədələnməsinin qarşısını almağa kömək edə biləcəyini aşkar ediblər.

Tədqiqatçılar kürən saçlı insanların sağlamlığa faydalı təsirləri olan xüsusi hüceyrələrə sahib ola biləcəyini qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]