“Qiyamət günü radiosu” sirli mesaj verdi

16-01-2026, 12:24           
“Qiyamət günü radiosu” sirli mesaj verdi
“Qiyamət günü radiosu” kimi tanınan radiostansiyanın efirində “botva” sözü səslənib.

Bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 loqları” adlı “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, mesaj Bakı vaxtı ilə saat 20:16-da efirə verilib.

Efirdə “NJTI 25611 BOTVA 0808 2023” məzmunlu şifrəli mesaj səsləndirilib.

Bundan bir gün əvvəl radiostansiya efirə “lyuesobaul” sözü ilə çıxmışdı.

Qeyd edək ki, “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 stansiyası 2025-ci il ərzində ümumilikdə 357 şifrəli mesaj yayımlayıb. Statistikaya əsasən, ən çox mesaj iyun ayında qeydə alınıb – 49 dəfə. Fevral ayı 43 mesajla ikinci yerdə qərarlaşıb. Avqustda 38, dekabrda 36, mart ayında isə 34 şifrəli mesaj efirə verilib.

Keçən il ərzində ən çox istifadə olunan çağırış siqnalı 331 dəfə səslənən “NJTI” olub. İkinci yeri 11 dəfə istifadə edilən “TSJAP” sözü tutub. Üçüncü sırada isə il ərzində altı dəfə efirdə səslənən “ULVN” çağırış siqnalı yer alıb.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]