ABŞ Venesuela sahillərində altıncı tankeri ƏLƏ KEÇİRDİ

16-01-2026, 08:24           
ABŞ Venesuela sahillərində altıncı tankeri ƏLƏ KEÇİRDİ
ABŞ Venesuela nefti daşıyan altıncı tankeri ələ keçirib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, “Veronika” gəmisi 15 yanvar səhəri Karib dənizində ələ keçirilib. ABŞ Cənub Komandanlığı əməliyyatın insidentsiz keçdiyini və gəminin Donald Tramp administrasiyası tərəfindən müəyyən edilmiş karantin qaydalarını pozduğunu bildirib.

Hadisə Trampın Venesuela müxalifət lideri Marina Korina Maçado ilə görüşü ərəfəsində baş verib.

Ağ Evin mətbuat katibi Kerolyn Livitt daha əvvəl Vaşinqtonun Venesueladan gələn bütün neft daşınmalarını izləyəcəyini və ölkənin hazırkı hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə ümid etdiyini bildirmişdi.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]