Nikah sənədlərində "ər" və "arvad" ifadələri dəyişdirilir- BU ÖLKƏDƏ

20-01-2026, 11:24           
Nikah sənədlərində "ər" və "arvad" ifadələri dəyişdirilir- BU ÖLKƏDƏ
Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad" ifadələri "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" ifadələri ilə əvəz olunacaq.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsallaşdırma Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, hazırda müvafiq qayda hazırlanır və bu addım Varşavanı digər AB ölkələrində bağlanmış eyni cinsli nikahları tanımağa məcbur edən Avropa Birliyi Ədalət Məhkəməsinin qərarının icrasını təmin etmək üçün zəruridir.

Qeyd edək ki, 25 noyabr 2025-ci ildə AB Ədalət Məhkəməsi iki polyak tərəfindən qaldırılan iddia barədə qərar qəbul edib və Polşanın digər AB ölkələrində bağlanmış eyni cinsli nikahları tanımasını tələb edib.

Hazırda Polşa qanunvericiliyi eyni cinsli nikahları tanımır və ölkə konstitusiyası nikahı kişi ilə qadının birliyi kimi müəyyən edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]