Almaniyada daha bir irimiqyaslı soyğun hadisəsi baş verib.

20-01-2026, 12:24           
Almaniyada daha bir irimiqyaslı soyğun hadisəsi baş verib.
Almaniyada daha bir irimiqyaslı soyğun hadisəsi baş verib. Cinayətkarlar bu səhər saat təxminən 4:30-da, Duisburg şəhərinin mərkəzindəki Forum alış-veriş mərkəzindən ən azı 760 min avro dəyərində qızıl-zinət əşyaları aparıblar. Onlar əvvəlcə Opel Corsa avtomobili ilə sürətlə ticarət mərkəzinə çırparaq qızıl mağazasına qədər içəri sürüblər.
Cinayətkar qrupun ən azı beş nəfər maskalı şəxsdən ibarət olduğu ehtimal olunur. Onlar zərgərlik mağazasına daxil olaraq vitrinləri xüsusi alətlərlə sındıraraq qızıl, diğər zərgərlik məmulatları daxil olmaqla böyük miqdarda qiymətli əşya oğurlayıblar. Soyğunçuluq hadisəsi təxminən iki dəqiqə çəkib və onlar hadisə yerindən qaçıblar.
Cinayətdə istifadə olunan avtomobil oğurluq, nömrə nişanı isə saxta olub. Polis cinayətkarları axtarıır, ictimaiyyətdən şübhəli müşahidə və ya ipucları barədə məlumat istənilir.
Cavanşir Həsənli
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]