Hamı ondan danışır – O isə “nə baş verib?” soruşur…

21-01-2026, 00:06           
Hamı ondan danışır – O isə “nə baş verib?” soruşur…
İki gündür Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında yerləşdirilmiş meyvələri müsadirə etməsi geniş müzakirələrə səbəb olub.

TEREF bildirir ki, “qafqazinfo” məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi işləyən həmin məmurla əlaqə saxlayıb.

Maraqlıdır ki, tənqid hədəfinə çevrilən, hərəkətlərinə aydınlıq gətirməsi gözlənilən məsləhətçi Samir Bədəlov müxtəlif bəhanələrlə sualları cavablandırmaqdan imtina edib:

“Nə olub, nə hadisə baş verib? Bilmirəm, nə deyirsiniz. Tədbirlərlə bağlı sualınız varsa, buyurun. Yoxdursa, sağ olun. O barədə başqa vaxt danışarıq”, – deyə baş məsləhətçi bildirib.

Qeyd edək ki, məsələ ictimailəşdirildikdən sonra satıcının meyvələri özünə geri qaytarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]