Günəşdə güclü alışmalar gözlənilir - Rabitə və texnologiyalara təsir ola bilər

21-01-2026, 08:34           
Günəşdə güclü alışmalar gözlənilir -
BDU-nun Astrofizika kafedrasının məlumatına görə, hazırda Günəşdə M11 alışmaları səbəbindən aktivlik aşağı (R1) səviyyədədir. 20-21 yanvar tarixlərində X sinif alışmaların baş verməsi ehtimal olunur.

TEREF “Milli.Az”a istinadən xəbər verir ki, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb və maqnit sahəsini artırıb, lakin Günəş küləyinin sürəti minimaldır. 20 yanvar Günəş küləyinin artması gözlənilir; təsir yanvarın 21-22-də azalacaq və 22-də normal səviyyəyə çatacaq.

Geomaqnit sahə 20 yanvar G1-G2 səviyyəsində aktiv olacaq, 21-də normallaşacaq və 22-dən stasionar vəziyyətə keçəcək. Kp əmsalı 20-də 5-7, sonrakı günlərdə isə 4 və aşağı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]