Dəmir yolları platformalarında təhlükəli vəziyyət – Foto

21-01-2026, 11:26           
Dəmir yolları platformalarında təhlükəli vəziyyət – Foto
Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında acınacaqlı və təhlükəli vəziyyət yaranıb.

Tribuna.az xəbər verir ki, dünəndən başlayan qar və şaxtalı hava səbəbindən stanasyalarda platformaların yeri sürüşkən vəziyyət alıb. Mərmərdən olan döşəmələrdə nəinki gəzmək, sabit dayanmaq da müşkül məsələyə çevrilib.

Səhər saatlarından platformalar qar və buzdan təmizlənməyib, sərnişinlərin sürüşməməsi üçün hansısa tədbir görülməyib.

Bu cür vəziyyətdə sərnişinlər yıxıla, ciddi xəsarət ala, hətta qatar yoluna düşə bilərlər.

Görünür, ADY rəhbərliyi belə təhlükəni nəzərə almayıb ya da platformalarla maraqlanmaq yadlarına da düşməyib.

Qarşı tərəfi dinləməyə hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]