Görüntüləri yayılan müəllimə işdən qovuldu

22-01-2026, 09:24           
Görüntüləri yayılan müəllimə işdən qovuldu
Abşeronun Qobu qəsəbəsində fəaliyyət göstərən bağça müəlliminin sosial şəbəkələrdə paylaşdığı uyğunsuz videolar onun pedaqoji fəaliyyətinə son qoyulması ilə nəticələnib.

Demokrat.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi 16 nömrəli körpələr evi-uşaq bağçasının musiqi müəllimi Elnarə Tahir qızı Əsgərova haqqında yayılan görüntülərlə bağlı rəsmi araşdırmanı yekunlaşdırıb. Qurumun yaydığı məlumata əsasən, aparılan təhlillər nəticəsində həmin görüntülərdəki davranışların müəllim etikasına və pedaqoji normalara tamamilə zidd olduğu müəyyən edilib. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməsi qərara alınıb.

Xatırladaq ki, bir müddət əvvəl sözügedən müəllimənin sosial mediada peşə nüfuzuna xələl gətirən, etik çərçivələri aşan ifadələr işlətdiyi və hərəkətlər etdiyi videogörüntülər geniş müzakirələrə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]