Putinə təhlükəli virus barədə xəbərdarlıq edildi

24-01-2026, 15:18           
Putinə təhlükəli virus barədə xəbərdarlıq edildi
Rusiya Prezidenti Vladimir Putinə Moskva Fizika və Texnologiya İnstitutunda (MFTİ) ölkə ərazisində mövcud olan təhlükəli Honkonq qripi barədə məlumat təqdim olunub.

TEREF xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Universitetin rektoru Dmitri Livanov dövlət başçısına ayrı-ayrı institutlarda aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

Təqdimat zamanı Putinə dünyada ilk dəfə Rusiya tərəfindən hazırlanan birbaşa təsirli antivirus preparatı da nümayiş etdirilib. Prezident təqdimatla tanış olarkən “Patogen qrip nədir?” sualını ünvanlayıb. Buna cavab olaraq Gələcəyin Biofizika İnstitutunun direktoru, eyni zamanda “ChemRar” şirkətinin direktorlar şurasının sədri Andrey İvaşçenko bildirib ki, söhbət hazırda Rusiyada yayılan virusdan gedir.

Vladimir Putin qeyd edib ki, qrip hazırda ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]